Türkiyənin müdafiə naziri Fikri İşık, Türkiyənin ilk uzaq mənzilli raketi “Bora”nın uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiə naziri canlı yayımda Sinopda həyata keçirilən raket sınağı haqqında məlumat verib. O qeyd edib: “Türkiyə artıq öz raketini istehsal etmə səciyyəsinə gəlib, bundan qürur duyuruq.”
Roketsan tərəfindən istehsal edilən “Bora” raketi 610 mm çapındadır. Sistem, tələblərə uyğun olaraq fərqli versiyalarda dizayn edilmə xüsusiyyətinə malikdir.
Yeniçağ.Az
www.yenicag.az