Türkiyə terrorizmin KÖKÜNÜ QAZIYIR: “Yanvarın 20-nə qədər...”

media-hightechnic-468x90

“Türkiyənin yanvarın 20-nə qədər terror qruplarını Suriyadan çıxarmağa çalışacağı gözləniləndir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Türkiyənin Suriyada fəaliyyətinə ABŞ-nin necə reaksiya verəcəyidən danışan analitik sözlərinə görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra Ankaranın qarşısında duran əsas məsələlərdən biri də burada PKK varlığına son qoyulmasıdır:

“Hazırda Türkiyənin bu məsələni qısa müddət ərzində həll edə bilməsi üçün əlverişli regional vəziyyət mövcuddur. Yəni ABŞ-nin yenidən prezidenti seçilən Donald Trampın andiçmə mərasiminə Ankara qədər lazımi addımları atmalıdır. Çünki son açıqlamalarına nəzər yetirsək, Trampın ABŞ əsgərlərinin Suriyadan çəkilməsi məsələsində generallarla məsləhətləşəcəyi sezilir. Onlar isə İŞİD-lə mübarizə adı altında PKK və YPG-yə dəstək verilməsinə maraqlıdır. Qısacası, bu proseslərdə Trampa güvənmək olmaz. Belə olan təqdirdə, Türkiyənin yanvarın 20-nə qədər terror qruplarını Suriyadan çıxarmağa çalışacağı gözləniləndir”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600