Türkiyənin müdafiə naziri Hulusi Akar təhlükəsiz zona mövzusu ilə əlaqədar yeni açıqlama verib.
Yenicag.az xəbər verir ki, nazir Suriya ilə sərhəddə təhlükəsizlik məsələsində məsul olan türkiyəli hərbçilərlə toplantıda bildirib ki, sentyabrın 8-də Türkiyə Quru Qoşunlarının ABŞ-la müştərək fəaliyyətə başlaması planlaşdırılıb.
ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyə ilə Suriya sərhədində yerləşən məntəqədə – Ağcaqalada Müştərək Hərəkat Mərkəzinin fəaliyyətə başladığını xatırladan nazir deyib: “Ücüncü müştərək helikopter uçuşlarını gerçəkləşdirdik.
Helikopter uçuşlarının, istehkamın təhlüksizliyi məqsədilə ərazidə görüləcək lazımi tədbirləri dəyərləndiririk. Əraziyə dair əsas anlaşma var. Bu anlaşma daxilində müəyyənləşdirilmiş fəaliyyətləri bəlli bir tempdə həyata keçirilməsini və bu məsələdə irəliləyiş olmasını arzu edirik”.
Qeyd edək ki, ABŞ-ın Xarici Əlqələr Şurasının toplantısında ABŞ-ın Baş Qərargah rəisi Jozef Danford bildirib ki, Türkiyənin Suriya sərhədi mövzusunda xeyli qayğıları var. Baş qərargah rəsi olduğu müddətdə Türkiyədə 12 dəfə olduğunu bildirən Jozef Danford terrorçularla mübarizəni nəzarətdə saxlamaq üçün 10 gün əvvəl müştərək mərkəzin qurulduğunu və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə bu məsələ ilə bağlı təkrar görüşəcəyini deyib./APA/
www.yenicag.az