Türkiyədə FETÖ əməliyyatı - 60-dan çox saxlanılan var
Türkiyənin 29 vilayətində hüquq mühafizə orqanlarının iki həftə ərzində həyata keçirdiyi əlaqələndirilmiş geniş-miqyaslı əməliyyatların gedişində FETÖ əlaqələri olduğu müəyyən edilən 60-dan çox insan şübhəli şəxs qismində saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat paylaşıb.
“FETÖ-yə qarşı 29 vilayətdə son 2 həftə ərzində keçirilən əməliyyatlarda 63 şübhəlini saxlamışıq”, -deyə Yerlikaya qeyd edib.
Nazirin yazdığına görə, həmin şəxslər FETÖ terror təşkilatının cari strukturu daxilində fəaliyyət göstərməkdə, taksafonlarla təşkilat daxilində məsul şəxslərlə əlaqə saxlamaqda, terror təşkilatı ilə əlaqəli qondarma yardım qurumlarına maliyyə dəstəyi verməkdə, sosial media hesabları üzərindən FETÖ-nün təbliğatını aparmaqda və xaricə qaçmağa cəhd etməkdə şübhəli bilinirlər. Onlardan 41-i barəsində həbs qərarı verilib.












