Türkiyədə benzin və dizel bahalaşdı

media-hightechnic-468x90

Türkiyədə bu gündən etibarən, benzin və dizel yanacağının qiymətində artım qeydə alınıb.

Yenicag.az ensonhaber.com-a istinadən xəbər verir ki, bu artımdan sonra Türkiyədə benzinin qiyməti 7 lirəni (təqribən 1,70 AZN) keçib.

Belə ki, benzinin qiymətində 1,1 lirə (35 qəpik), dizeldə isə 0,35 lirə (12 qəpik) artım olub.

Qeyd edək ki, Ankarada 6,84 lirəyə (1,98 AZN) satılan benzinin litri 7,19 lirəyə (2,08 AZN) qədər yüksəlib. Bu qiymət İstanbulda 6,88 lirədən 7,23 lirəyə, İzmirdə isə 6,85 lirədən 7,20 lirəyə yüksəlib.

Ankarada 6,44 lirədən (1,86 azn) satılan dizelin 1 litrinin qiyməti 6,56 lirə (1.90 AZN), İstanbulda 6,38 lirədən 6,50 lirəyə, İzmirdə 6,47 lirədən 6,59 lirəyə qədər bahalaşıb.

Firuzə Alimova

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600