Türkiyədə bina çökdü, insanlar dağıntılar altında qaldı - VİDEO / YENİLƏNDİ 

media-hightechnic-468x90

Binanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 10-15 nəfərin qaldığını bildirib.

Məlumata əsasən, hadisə Yeşilyurt rayonunda baş verib. Baş verən çökmənin səbəbi məlum deyil.

***

Yeşilyurt rayonunda baş verən hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Onlar dağıntılar altından çıxarılıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 20 nəfərin qaldığını bildirib.

***

18:50

Türkiyənin Malatya şəhərində bina çöküb.

Yenicag.az xəbər verir ki, dağıntılar altından 8 nəfər yaralı halda çıxarılıb.

Məlumata görə, hələ də dağıntılar altında qalanlar var.

İnönü küçəsində yerləşən binanın naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600