Türkiyədə daha 4 056 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Məlumata görə, ölkədə daha 96 nəfər koronavirusdan həyatını itirib bununla da ölənlərin sayı 908 nəfərə çatıb. Yoluxanların ümumi sayı 42 282 nəfər, sağalanların isə 2 142 nəfər olduğu açıqlanıb.