Türkiyədə COVID-19-dan sutkalıq ölüm sayında rekord qeydə alındı
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 243 nəfər ölüb. Bu, Türkiyədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir.
Bu gün sağalan xəstə sayı 30 494 olub. Ağır xəstə sayı dünənlə müqayisədə 57 nəfər azalaraq 5803 olub. Nazir ağır xəstə sayının azalmasını müsbət hal olaraq qiymətləndirib.
Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 955 680 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 721 607 nəfər sağalıb, 17 364 nəfər isə ölüb.