Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 173 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib
Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 554 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 463, ağır xəstələr isə 2 652 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 355 839 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 227 927 nəfər sağalıb, 23 325 nəfər isə ölüb.
www.yenicag.az