Türkiyədə karantin rejimi sərtləşdirildi

Türkiyədə koronavirusa yoluxma hallarının yenidən çoxalması ilə əlaqədar karantin rejimi sərtləşdirilib.

Bu gündən etibarən ölkənin 81 vilayətində kafe və restoranlar, bərbərxanalar, teatr, kinoteatr və konsert zalları saat 22:00-dak işləyəcək.

Karantin rejimninin davam edəcəyi müddət qeyd edilməyib.

Bundan başqa, karantin müddətində iş vaxtının müxtəlif saatlarda başlaması nəzərdə tutulur. Yollarda sıxlığın qarşısının alınması üçün iş saatlarının 06.00­-15.00, 06.30­-15.30, 07.00­-16.00, 07.30­-16.30, 08.00­-17.00, 08.30­-17.30, 09.00­-18.00 saatlarına keçirilməsi tövsiyə olunur.

Qeyd edək ki, bu günədək Türkiyədə 382 mindən çox şəxs koronavirusa yoluxub, 10 481 nəfər ölüb