Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan daha 187 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə aziri Fəxrəddin Qoca bildirib.
Son 24 saatda 187 518 nəfər koronavirus testindən keçib, 6511 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 381 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstələr ötən günlə müqayisədə 104 nəfər artaraq 5811 olub.
Türkiyədə indiyədək 520 167 nəfər COVID-19-a yoluxub, onlardan 14 316 nəfəri ölüb.
www.yenicag.az