Türkiyədə “Nəbz yoxlaması”: 58 faiz “Bəli” deyir – Yenicag.Az

Reklam

Reklam

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu il aprelin 16-na təyin olunmuş Konstitusiya referendumu ilə bağlı keçirtdiyi növbəti rəy sorğusunun nəticəsini açıqlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP referendum ərəfəsində ictimai rəyin öyrənilməsi məqsədi ilə silsilə rəy sorğuları keçirtməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın iştirakı ilə mitinqlər keçirilən vilayətlərdə aksiyalar başa çatan kimi vətəndaşlar arasında yeni sorğu aparılır.

Bu çərçivədə keçirilən son rəy sorğusu AKP-nin Mərkəzi İdarə Heyətində müzakirəyə çıxarılıb. Məlumata görə, prezident Ərdoğana da təqdim olunan nəticələrdə “Xeyr” mövqeyində olanların 35 faiz təşkil etdiyi müəyyənləşib. Referendumda “Bəli” deyən vətəndaşlar isə 47 faiz olub. Lakin tərəddüd edənlərin mövqeyi səslərin mümkün bölgüsündən sonra “Bəli” tərəfdarlarının sayı ən azı 53, ən çox isə 58-ə yüksəlir.

Qeyd olunur ki, Ərdoğan və Yıldırımın referendum kampaniyasına qatılmaları “Bəli” tərəfdarlarının sayını artırıb. Bunun səbəbi isə seçicilərin ümumilikdə 18-20 faizini təşkil edən tərəddüdlü vətəndaşların “Bəli” mövqeyinə keçmələridir. MHP tərəfdarları arasında “Bəli” mövqeyinin güclənməsi nisbətən zəif gedir. Eyni zamanda, “Xeyr” mövqeyində olanların faiz göstəricisinin dəyişməz qalacağı gözlənilir.

AKP-nin rəy sorğusunda vilayətlər üzrə göstəricilər də ümumiləşdirilib. Ölkənin şərq və cənub-şərq bölgələrində, o cümlədən Qara dəniz bölgəsində “Bəli” tərəfdarları seçicilərin 60 faizini təşkil edir. Orta Anadoluda bu rəqəm daha yüksək – 70 faizdir. Egey bölgəsində isə “Xeyr” tərəfdarları cüzi fərqlə öndədirlər.

Maraqlı detallardan biri də “Bəli” deyən qadınların sayının kişilərdən çox olmasıdır.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."