Türkiyədə yenidən komendant saatı tətbiq ediləcək

media-hightechnic-468x90

Türkiyənin 31 əyalətində koronavirus pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunacağı bildirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi iclasda məlumat verib.

O, qeyd edib ki,  çərşənbə günü, 13 may tarixində 0-15 yaşlı uşaqlara günün müəyyən saatlarında küçəyə çıxmağa icazə veriləcək. Eyni imkan 15 may tarixində 15-20 yaşlı yeniyetmələr üçün də keçərli olacaq. Komendant saatı isə mayın 16-dan 19-dək davam edəcək.

9 vilayətdə isə (Diyarbakır, Adana, Mardin, Trabzon, Ordu, Kahramanmaraş, Şanlıurfa, Tekirdağ, Dənizli) giriş-çıxış məhdudiyyəti aradan qaldırılacağı bildirilib.

Xatırladaq ki, keçən həftə, Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğlaya giriş-çıxış məhdudiyyəti aradan qaldırılmışdı.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05