Türkiyədən acı xəbər: 1 şəhid, 6 yaralı

media-hightechnic-468x90

Türkiyə Suriyada daha bir şəhid verib.

Yenicag.az türk mətbuatına istinadən bildirir ki, Suriyanın İdlib şəhərində Türk Silahlı Qüvvələrinə aid olan müşahidə nöqtəsinə hücum olub. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 6 nəfər isə yaralanıb. Yaralıların beşi türk əsgəri, birinin isə sıravi vətəndaş olduğu bildirilir.

Qeyd edək ki, TSK Astana danışıqlarında əldə olunmuş razılığa əsasən Suriyanın İdlib şəhərində müşahidəçi qrup saxlayır və atəşkəsin pozulmamasına nəzarət edir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa