Türkiyədən erməni terrorçunun azad edilməsinə ETİRAZ

media-hightechnic-468x90

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Los-Angeles Ali Məhkəməsinin baş konsul Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad olunması barədə qərarına etiraz edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə XİN açıqlama yayıb.

“Kaliforniya qubernatoru Qavin Nyusomun qərardan apellyasiya şikayəti verməməsini hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”, -deyə məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05