!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən İraqa böyük jest: "Bütün qərarlarına dəstəyik"

!Reklam – Yazi

Rəsmi Bağdad Türkiyə ilə neft ticarətinə dair razılığa gəlib.

OilGas.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Baş naziri Binali Yıldırımla iraqlı həmkarı Haydar Abadi arasında telefon danışığı olub. Söhbət zamanı Yıldırım İraq tərəfindən referendum barədə qəbul ediləcək hər qərara Türkiyənin dəstəyini ifadə edib.

Bundan əlavə, tərəflər xam neft ixracatı barədə razılaşıblar. Bu qərarın Türkiyə və İraq arasındakı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilir.

Qeyd edək ki, İraq Regional Kürd Hökumətinin keçirdiyi tanınmayan müstəqillik referendumundan sonra Bağdad və Ankara arasında işbirliyi başlayıb. Türk ordusunun Habur sərhədində keçirdiyi təlimlərində İraq əsgərləri də iştirak edir.

www.yenicag.az

1092
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv