Türkiyədən terrorçulara zərbə

media-hightechnic-468x90

56482İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 14 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilib ki, terrorçulara qoşulmaq istəyənlər sərhəddə yaxalanıb. Onlardan biri Türkiyə vətəndaşıdır.

Əməliyyat fevralın 9-da Qaziantəpin Oğuzeli Mahalının Sazgın məhəlləsində keçirilib. Saxlanılan şəxslərin ifadələri prokurorluqda alınıb.

İfadəsi alınan türk sərbəst buraxılıb. 13 əcnəbi şəxs isə Türkiyədən çıxarılacaq.

Baş Qərargahdan verilən açıqlamada həmçinin bildirilir ki, İzmirin qərbi Dilek Yarımadasında, Yunanıstana məxsusu C-130 təyyarəsi fevralın 10-da 2 dəqiqə müddətində Türkiyə sərhədini pozub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600