!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət etdi

!Reklam – Yazi

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

Yenicag.az xəbər verir ki, diplomatik nümayəndəlik əlaqə saxlamaq, xüsusən də yardımlarla bağlı əlaqə telefonlarını açıqlayıb.

Vətəndaş aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Mərkəzi nömrə: +994 12 444 73 20

Konsolosluq şöbəsi: +994 12 444 73 43

Qaynar xətt: +994 51 206 08 04

Elektron- poçt adresi: [email protected]. tr

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv