Türkiyənin Bakıdakı səfirliyinə yeni təyinat

media-hightechnic-468x90

Türkiyənin Daxili İşlər Nazirliyinə tabe olan Ümumi Jandarma Komandirliyinin nəzdində fəaliyyət göstərən 40-a yaxın yüksək rütbəli hərbçiyə diplomatik vəzifələr verilib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, birinci dəfə tətbiq olunan plana əsasən, hərbçilər Vaşinqton, London, Paris, Moskva, Bakı və Cənubi Afrika ölkələrinə ezam olunublar.

Məlumata görə, Jandarma Strateji İnkişaf və Xarici Əlaqələr şöbəsinin sədri Nurəddin Alkan Moskvaya, Diyarbəkir jandarmasının komandiri Əli Dəmir isə Bakıya müşavir təyin olunub.

Beləliklə, bundan sonra Əli Dəmir Türkiyənin Bakıdakı səfirliyinin tərkibində Daxili İşlər Nazirliyinin müşaviri olaraq çalışacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600