Türkiyənin baş naziri Yunanıstana meydan oxudu – Video

Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə təhsil alan xarici tələbələr barədə açıqlama verib.

Yenicag.az bildirir ki, baş nazir çıxışında son 15 il ərzində bu sahədə əldə olunan uğurlar barədə məlumat verib. Binəli Yıldırımın Yunanıstan barədə dediyi sözlər isə gülüş doğurub.

“Hazırda universitetlərin əlçatanlığı baxımından dünyada ikinci sıradayıq. Bu, son 15 ildə baş verib, gənclər. Xarici tələbələr üzrə iş komitəsi sədrinin mənə verdiyi məlumata əsasən, ən çox əcnəbi tələbənin təhsil aldığı birinci ölkə Yunanıstan, ikincisi isə Türkiyədir. Yunanıstanı saymayın. Nəticə olaraq, bir vilayətimiz boyda olan ölkədir. İstanbuldan bir az kiçikdir”.

COP29