Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Türkiyənin hərbi bazası bağlansın" - QƏTƏRƏ VAXT VERİLDİ

“Terrorizmi dəstəklədiyinə görə” Qətərə sanksiyalar tətbiq edən 4 ərəb ölkəsi, rəsmi Dohaya 13 maddəlik tələblər siyahısı göndərib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ, Bəhreyn, Misir və Küveyt nəhayət ki, tələblərini açıqladı. Səudiyyə Ərəbistanının liderlik etdiyi Körfəz bölgəsində ərəb ölkələrinin Qətərə göndərdiyi tədbirlər siyasında Türkiyə ilə bağlı bir maddəyə də yer verilib. Belə ki, onlar Türkiyənin Qətərdəki Əl Rayyan hərbi bazasının bağlanılmasını istəyir.

Siyahıda həmçinin mərkəzi Qətərdə olan və beynəlxalq səviyyədə yayımlar edən Əl Cəzirə telekanalının bağlanması, Yəməndə hökümətə qarşı mübarizə aparan şiə Husilərə maliyyə dəstəyinin kəsilməsi, İranla diplomatik münasibətlərin dondurulması, terror təşkilatı kimi qəbul edilən qrup və hərəkatlara maddi dəstəyin verilməsinə son qoyulması da nəzərdə tutulub.

Bu təşkilatlar arasında Müsəlman Qardaşlar, İŞİD və Əl-Qaidənin adı sadalanır.

Siyahıdakı tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilib. Həmçinin, siyahının Qətərə Küveyt vasitəçiliyi ilə çatdırıldığı bildirilib.
Yenicag.az

Loading...

www.yenicag.az

791
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100