Türkiyənin İŞİD planı bəlli oldu

media-hightechnic-468x90

YTM6XVABaş Təhlükəsizlik İdarəsi, Ümumi Jandarma Komandanlığı və Gömrük İdarəsində hazırlanan plana görə sərhədlərdə; sabit nəzarət nöqtələri, birləşmiş konsulluq kassası yaradılacaq. 50 min polis “sərhəd polisi” olaraq vəzifələndiriləcək. Sərhədlər, ağır silahlarla təchiz oluncaq. Bu da hərəkət planından başlıqlar:

Sərhəd keçid qapısı: Sərhədlər; giriş və çıxışlar, gömrük idarələri, insan, heyvan və avtomobillərin qeydiyyatının sağlam tutulacaq sistemlərlə təchiz oluncaq. Xüsusi araşdırma və nəzarətə ehtiyacı duyulan şəxs, vasitə və ya heyvanlar üçün biometrik şəxsiyyət vəsiqələri, həmçinin xüsusi sənəd araşdırma cihazları tətbiq oluncaq.

Sabit nəzarət nöqtələri: Əcnəbilərin şəxsiyyətinin müxtəlif səbəblərə görə sərhəd keçid nöqtələrindən başqa bir yerdə yoxlanılmasına ehtiyac yaranarsa, bu əməliyyat “xüsusi nəzarət məntəqələrində” aparılacaq.

Mobil nəzarət nöqtələri: Əcnəbilərin şəxsiyyətlərinə eyni zamanda həm ölkə daxildə, həm də sərhəddə mobil avtomobillərlə nəzarət ediləcək. Bu avtomobillər mobil ofisə birləşdirilmiş olacaq. Beləcə əcnəbilərin şəxsiyyətləri sərhəd keçid məntəqələrinin xaricində də nəzarət olunacaq.

Birləşmiş konsulluq kassası: Şəxsiyyəti araşdırma və təyinetmə əməliyyatları Türkiyədəki mərkəzi səlahiyyətlilərlə onlayın bağlantı sayəsində aparılacaq.

Professional polislər: Qabaqlayıcı və daşındırıcı məqsədli qaçaqçılıq və qeyri-qanuni girişlərlə mübarizə professional polislər tərəfindən aparılacaq. 50 min polis “sərhəd polisi” olaraq vəzifələndiriləcək. Sərhədlər, ağır silahlarla təchiz olunacaq.

Kəşfiyyat şöbəsi: Sərhəd məntəqələrində miqrasiya və sığınacaq mövzusunda yaradılacaq məlumatlar bazası ilə kəşfiyyat şəbəkəsi inkişaf etdiriləcək. Sığınacaq informasiya sistemi, mənşə ölkələr, məcburi köçkünlər üçün məlumat bankı yaradılacaq.

İŞİD-ə qarşı “TALOS”lar sərhəddə cəlb olunacaq: Sərhəddə terror səbəbi ilə sızmalar və qaçaqçılığın qarşısını almaq üçün uzaqdan idarə olunan TALOS (Daşınan Avtomatik Sərhəd və Geniş əraziləri Yaxından Müşahidə Sistemi) adı verilən robotlar tətbiq olunacaq.

Sərhəd polisi çərçivəsində, iki fərqli yanaşma var. Biri yeni bir təhlükəsizlik təşkilatının qurulmasıdır. Digəri isə jandarma sərhəd polisinə çevrilməsidir. Bu mövzuda iş aparan Baş Qərargahlıq öz rəyini yaxın vaxtlarda açıqlayacaq. (deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600