Türkiyənin Suriyada terroru bitirmə ƏZMİ: "Siyasi stabilliyin yaranması, münaqişənin azalması..."

media-hightechnic-468x90

“Suriya və Türkiyə elə bir gücdədir ki, YPG və PYD-ni hərbi yolla sıradan çıxara bilər”. 

Bu fikirləri Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Yenicag.az-a  açıqlamasında deyib.

Deputat Suriyadakı terror təşkilatlaırnın sıradan çıxarılması barədə danışıb:

“YPG və PYD-nin Suriyadan çıxması, təbii ki, həm Suriyada siyasi stabilliyin yaranması, münaqişənin azalması, Türkiyə ilə münasibətlərin müəyyən qədər yaxşılaşması anlamına gəlir. Düşünürəm ki, bu, müsbət addımdır. Həm də düşünürəm ki, Suriyanın yeni hökuməti ilə onlar arasında da münasibətlərin yaxşılaşmasına və gələcəkdə onların da hökumətdə təmsilçiliyinə imkan yarana bilər. İstənilən halda, bu gün onların silaha sarılıb dayanması, Türkiyənin Suriyanın tələblərinə mənfi cavab verməsi onlar üçün heç də yaxşı bitməzdi.

Bu gün həm Suriya həm də Türkiyə o gücdədir ki, o qrupları tam olaraq hərbi yolla sıradan çıxara bilər. Təbii ki, müharibələrə ehtiyac yoxdur. Hər bir məsələ danışıqlarla, sülh yolu ilə həll oluna bilər. Ümid edirəm ki, onların da bu şərtlərə uyması növbəti münaqişələrin qarşısını alar, həm də bu, Türkiyə cəmiyyətində yaxşı qarşılanacaq.

İstənilən halda, bütün narazılıqlar masa ətrafında həll olunur. Ümid edək ki, Türkiyə Suriyada bu münaqişəni bitirəcək və stabil, münaqişəsiz bir ölkəyə çevriləcək. Bu ölkədə də xalqın özünün yaşamaq, seçib seçilmək hüququ var. Suriyada xalqın gələcəyi, rahat yaşaması baxımından bu proses olduqca əhəmiyyətlidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600