Türkiyənin tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru Civan Canova 67 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə aktyorun sənət dostu Əsma Dərmancıoğlu məlumat yayıb.
Xatırladaq ki, 2 həftə əvvəl aktyorun ağciyərində şiş aşkarlanmışdı.
Qeyd edək ki, Civan Canova “Paramparça”, “Çiçek taksi”, “Karadayı”, “Atiye”, “Fatmagülün suçu ne?” kimi məşhur seriallarda əsas rolların ifaçısı olub. O ən son “Üç kuruş” serialında rol alıb.