"Türkiyənin Ukraynada vasitəçilikdən əl çəkmək fikri yoxdur" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllində vasitəçilikdən əl çəkmək niyyətində olmadığını bəyan edib.
Yenicag.az xəbər verir ki, o, Ukraynadakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putin, Vladimir Zelenski və Avropa liderləri ilə müntəzəm əlaqə saxladığını bildirib. Ərdoğan vurğulayıb ki, bu danışıqlar münaqişənin həlli prosesini sürətləndirir.
“Əslində, bu, ən düzgün yanaşmadır. Biz bundan imtina etmək fikrində deyilik. Biz bu prosesi davam etdirmək üçün addımlar atırıq və atacağıq”, – “RİA Novosti” onun sözlərini sitat gətirir.
Ərdoğan əlavə edib ki, o, Çində Putinlə Ukraynadakı münaqişəyə son qoymaq üçün tədbirləri müzakirə edib.