Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyənin “Ülke TV” kanalı Azərbaycan haqqında reportaj yayımlayıb - VİDEO  

Türkiyənin “Ülke TV” kanalı Azərbaycan haqqında reportaj yayımlayıb.

Yenicag.az xəbər verir ki, kanalın Azərbaycanda olan müxbirləri hazırladıqları reportajda Türkiyə ictimaiyyətinə ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verirlər. Qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduğu bildirilir.

Paytaxt Bakı şəhərinin müxtəlif görməli yerlərində olan türkiyəli müxbirlər tarixi abidələrin, qədim və müasir tikililərin, təmiz küçələrin, parkların, geniş yolların şəhərə xüsusi gözəllik verdiyini bildirirlər. Dağüstü parkdan şəhərin mənzərəsinin xüsusilə gözəl göründüyü vurğulanan reportajda Azərbaycan paytaxtının müasirliyin və qədimliyin sintezi olduğu diqqətə çatdırılır.

Reportajda Bakının əsrarəngiz gecə görüntüsünə malik olduğu da vurğulanır, bu şəhərə gəlmək istəyənlərə Heydər Əliyev Mərkəzinin qeyri-adi gözəl binasını mütləq ziyarət etmək tövsiyə olunur.

İçərişəhərdən geniş bəhs edilən reportajda Bakı sakinlərinin və qonaqların fikirlərinə də yer verilir. İnsanları heyran edən İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. İçərişəhəri ziyarət edən turistləri qədim tarixə səyahət gözlədiyi diqqətə çatdırılır. (Azertac)

www.yenicag.az

2442
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100