Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana səfər edib.
Yenicag.az Unikal-a istinadən xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Vitse-prezidenti Zvartnots hava limanında Ermənistan Milli Məclisinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb.
Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün İrəvandadır.













