Türkiyənin yüksək rütbəli zabiti ABŞ-dan sığınacaq istədi

media-hightechnic-468x90

1472478291ABŞ-ın Virciniya ştatında xidmət edən Türkiyə ordusunun zabiti hərbi çevrilişə cəhdin araşdırılması ilə bağlı geri çağırıldıqdan sonra ABŞ-dan sığınacaq istəyib.

Bu məlumatı Amerikanın rəsmi şəxsləri bildirib. Onlar türkiyəli hərbçinin ABŞ-dan sığınacaq istəməsini ilk hal kimi vurğulayıblar.

ABŞ-dan sığınacaq istəyən Türkiyəli zabit NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin komandanlığının Norfolk şəhərində yerləşən mənzil qərargahında xidmət edib. Onlar hərbçinin kimliyi və rütbəsi barədə məlumat verməyiblər.

Vaşinqtondakı səfirlikdən isə bildirilib ki, ötən ay Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Mustafa Uğurlunun da həbsinə order verilib. O, rəhbərliyin vətənə qayıtmaq əmrinə tabe olmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600