Türkiyəyə aparılan Aşıq Ədaləti geri qaytardılar – Həkimlər ona hansı diaqnozu qoydu? – Video

Səhhəti pisləşdiyi üçün Türkiyəyə aparılan əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibov Azərbaycana qayıdıb.

Bu barədə Yenicag.az-a sənətkarın oğlu Hekayət Nəsibov məlumat verib:

“Burda əlac olmadı, axırda atamı Türkiyəyə apardıq. Həkimlər müayinə etdilər. Dedilər, ürəyində problemlər var. Bunu da yaşı ilə əlaqələndirdilər. Əməliyyata ehtiyac görmədilər. Dava-dərman yazdılar, geri qayıtdıq. Hazırda atamın səhhətində irəliləyiş var, amma müalicəsi ev şəraitində davam edir. Yaşlı insandır, özünü qorumalıdır. Türk həkimləri də tapşırdılar ki, vaxtlı-vaxtında müalicəsini edək”.

Xatırladaq ki, aşığın oğlunun dediyinə görə, ağır qrip keçirəndən sonra atasının boğazında xırıltı və səs tellərində müəyyən problemlər yaranıbmış.

Cəvahir
Yenicag.az

COP29