!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkmənbaşı-Ələt marşrutunun ƏHƏMİYYƏTİ: “Şərq-Qərb” dəhlizi daha da inkişaf edəcək” - ŞƏRH

!Reklam – Yazi

“Strateji baxımdan önəmli mövqedə yerləşən Azərbaycan ərazisindən keçən yüklərin də sayı artmaqdadır”.

Bu sözləri Türkmənbaşı-Ələt marşrutu üzrə konteyner daşımalarının həcminin artımı fonunda bu göstəriciləri dəyərləndirən iqtisadi ekspert Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, göstəricilər “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafına dəlalət edir.

“Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında reallaşan yeni çağırışlar ənənəvi logistik yolların dəyişməsiylə nəticələnir. Təbii ki, belə olduğu təqdirdə strateji baxımdan önəmli mövqedə yerləşən Azərbaycan ərazisindən keçən yüklərin də sayı artmaqdadır.

Buna paralel olaraq Türkmənbaşı-Ələt marşrutu üzrə konteyner daşımalarının da sayının artmasının şahidi oluruq. Bu göstərici “Şərq-Qərb” dəhlizinin inkişaf etməsinə dəlalət edir. Eləcə də bu mənzərə “Bir kəmər-bir yol” layihəsi çərçivəsində formalaşan yeni logistika marşrutlarının dayanıqlı inkişaf etməsinin də sübutudur.

Düşünürəm ki, bu istiqamət olduqca əhəmiyyətlidir. Lakin qeyd etmək lazımdır ki, buna paralel olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizi də öz önəmini qoruyub saxlayır. Belə ki, bu dəhliz heç də “Şərq-Qərb” dəhlizindən geri qalmır. Hətta adıçəkilən dəhliz Süveyş kanalına alternativ nəqliyyat marşrutu kimi çıxış edə bilər.

Hesab edirəm ki, növbəti illərdə reallıqlar çərçivəsində həmin “Şərq-Qərb” dəhlizi daha da inkişaf edəcək. Bu gün sözügedən nəqliyyat marşrutunun tərəqqisi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqələrə töhfə verəcək. Çünki bu marşrut hər iki regionun ölkələri üçün nəqliyyat xərclərinin azaldılması və yüksək iqtisadi dividentlər əldə etməsi ilə nəticələnir”.

Yusif Səmədzadə

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv