Tütün məmulatı keçirmək istəyən qaçaqmalçılar saxlanıldı

media-hightechnic-468x90

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Rusiyadan Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçıları saxlayıb.

Yeniçağ.az Trend-ə istinadən məlumatına görə, idarənin mətbuat xidmətində bildiriblər ki, Dərbəndin cənub-şərqdində dəniz akvatoriyasında içində 2 Rus vətəndaşı olan gəmi saxlanılıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar.

“Gəminin təqibi gedişində qaçaqmalçılar qara paketlərə qablaşdırılmış qutuları suya atırdılar. Məlum oldu ki, o qutularda təxminən 3 min blok Rusiya Federasiyasının aksiz markası olmayan “NZ gold compact” siqaretləri olub”, – məlumatda deyilir.

Faktla bağlı hazırda yoxlama aparılır.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa