!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Uber” sürücüsünün ÖZBAŞINALIĞI: “Mən kefim istədiyi yerə gedirəm” - ŞİKAYƏT

!Reklam – Yazi

Sərnişinlərin “Uber” taksi şirkətinin göstərdiyi xidmətin yarıtmazlığına yönəlik şikayətləri azalmaq bilmir.

Yenicag.az-a müraciət edən vətəndaş “Uber” sürücüsünün özbaşınalığından şikayətlənib.

Şikayətçinin sözlərinə görə, çağırdığı taksinin sürücüsü gedəcəyi ünvanı öyrəndikdə, sifarişi ləğv etmədən ərazidən uzaqlaşıb:

“Uber”dən taksi sifariş elədim. 77 BA 653 nömrə nişanlı “Gri Toyota Prius” markalı avtomobilin 9 dəqiqəyə ünvana gələcəyi bildirildi. Sifarişi təsdiqlədim.

Sürücü ilə əlaqə saxladıqda isə “gözləyin, gəlirəm”, – dedi. 10-12 dəqiqə gözlədikdən sonra naviqasiyada taksinin yaxınlaşdığını gördüm. Sürücü “çatdı” düyməsini vurub, naviqasiyada gedəcəyi ünvana baxandan sonra sürüb getdi. Bu zaman sifarişi də ləğv etmədi.

Onunla əlaqə saxladıqda, kobud şəkildə “mən getmirəm, kefim istədiyi yerə gedirəm”, – deyib telefonu söndürdü. Bundan sonra “Uber” şirkəti ilə əlaqə saxladım. Şikayəti qeydə aldılar, tədbir görəcəklərini bildirdilər. Sürücünün özbaşınalığına baxın ki, sifarişləri öz kefinə uyğun seçir. İnanıram ki, bu şikayətimin nəticəsi olacaq”.

Məsimə Məmmədova

COP29

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv