Üç klub azarkeşlərinə görə cərimələndi

media-hightechnic-468x90

Azərbaycanın üç klubu – “Kəpəz”, “Neftçi” və “Sumqayıt” azarkeşlərinə görə cərimələnib.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

media-banner_tkm

Misli Premyer Liqasının XX turunda baş tutan “Kəpəz” – “Neftçi” matçında yol verilən qayda pozuntuları hər iki klubun büdcəsinə təsir edib. “Kəpəz”in futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub, klub isə 1 000 manat cərimə edilib.

Eyni oyunda “Kəpəz” azarkeşlərinin rəqibin ünvanına kütləvi təhqirləri cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8 000 manat cərimələnib. Həmçinin “Neftçi” komandası da azarkeşlərinin təhqiramiz ifadələrinə görə 8 000 manat cərimə olunub.

“Araz-Naxçıvan” – “Sumqayıt” matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 700 manat cərimə edilib. “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 3 oyunluq cəzalandırılıb, klub 3 000 manat cərimə olunub.

Bundan əlavə, “Sumqayıt” azarkeşləri rəqib komandanı və hakimləri kütləvi şəkildə təhqir etdikləri üçün klub daha 6 000 manat cərimə edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05