Üç nöqtələrin arasında qalan vicdan – Rəfi Müslümov yazır

media-hightechnic-468x90

Bəzən sosial şəbəkədə bir cümlə görürsən – qarğışla dolu, nifrətlə yoğrulmuş. “Kaş Cabirin yerinə Tahir, Bəhram ölərdi”, – deyən dillər… Halbuki o qarğışın hədəfi olan insanlar sənin qapına gəlməyib, çörəyini yeməyib, ömrünə toxunmayıb. Sadəcə tanınmış simalardır. Yəni biz bir xalq olaraq nə vaxtdan kiminsə ölümünə “fərman” kəsməyə başladıq? Anlamıram…

media-rafi1

Ölüm ilahi təqdirin ən qəti hökmüdür. Hərənin bir anı, bir saniyəsi, bir səbəbi var. Bu haqqı heç kim heç kimə yaza, silə bilməz. Hə, bir də bu gün qarşımıza çıxan ucuz komediya səviyyəsizliklərindən bezəndə keçmiş peşəkarlara baxıb dərin bir həsrət duyuruq.

Tahir və Cabir qardaşlarını yadınıza salın. Süleyman Ələsgərov kimi bir bəstəkarın nəvələridirlər. Yumoru incəlikləri ilə bilən, satiranın, komediyanın məğzini duyan aktyorlardır. Yeri gəlsə, ən yuxarı instansiyaya qədər satira qarışıq sözlərini deyiblər. Onların yaratdığı Şiraslanlar, Ağanatiqlər, Eliş-Roşkalar bu millətin kollektiv yaddaşına hopub. Biz vaxtında gülmüşük, həm də düşünmüşük. Ona görə ki bizə gülüşü də, dərsi də peşəkarlar verib.

Bəlkə də, bu səbəbdəndir ki, bu gün Tahirin “söndüyünü” hiss edəndə, ya da özümüzü bir daha güldürə bilməyəndə içimizdə bir qorxu baş qaldırır. “Bəlkə, mən də gənc yaşda öləcəyəm…” deyə pıçıldayırıq. Axı ən çox güldürənlər, əslində, ən həssas olanlar, həm də həyatın faniliyini daha erkən duyanlardır.

Bütün bunlar bizi bir yerə aparır: dünya müəmmalı, ömür isə qısadır. Qarğışla, nifrətlə bir-birimizin nəfəsini daraltmayaq. Kimsə bu dünyadan incik, küskün getməsin. Çünki bu gün üç nöqtələrlə bitirdiyimiz yazılar sabah bizim öz həyat hekayəmizin də nöqtəsi ola bilər…

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa