!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç qurum bir jurnalistə cavab verə bilmir: Yoluxma, yoxsa vaksin növbəsi? 

!Reklam – Yazi

İzləyənlər xatırlayar (izləməyənlər üçün hiperlinklə İSTİNADı qoyuram bura), koronavirus əleyhinə vaksin olunmaq üçün öncədən növbə götürüb getdiyim 3 saylı şəhər poliklinikasında şahid olduğum “sırasızlıq” və “növbəsizlik” haqqında yazmış və haqlı olaraq belə bir sual ortaya qoymuşdum ki, nə üçün onlayn qeydiyyatdan keçən vətəndaşlara qeydiyyatdan keçmə zamanına görə avtomatik sıra nömrəsi təyin edilmir ki, xəstəxana və poliklinikalarda insanlar rahat şəkildə vaksinlərini olunsunlar, vaxt itirməsinlər.

Əslində ritorik olan bu sualı sorğu halına salıb səhiyyə nazirliyinə ünvanladım. İlk olaraq bu nazirliyə müraciət etmə səbəbim isə SN-in vətəndaşlara onlayn növbə ilə bağlı müraciət etməsi idi. Gün ərzində nazirlikdən mənə bildirildi ki, vətəndaşların vaksinasiyadan keçməsi üçün onlayn sistem İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərdiyi üçün ora müraciət edin.

İşimizin adı nədir?

Elə cavabı alan kimi bir sorğu da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron poçt ünvanına göndərdim. Bir neçə saat ərzində Agentlikdən “mail” aldım. Bildirişi görəndə sevindim ki, bu gün bu dövlət qurumlarına nə olub, görəsən?! Ki həm nazirlik, həm də agentlik gün ərzində sorğumu cavablandırıb. Nəysə, “mail”i açdım və gördüm ki, əcaib poçt kombinasiyası qurulub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mənə cavab yazmaqdansa, mənim onlara ünvanladığım sualı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yönləndirib. Agentlik TƏBİB-ə göstəriş verməyi də unutmayıb: “Müraciət edən şəxsə məlumat verilməsini xahiş edirik”.

Artıq üstündən 5 gün vaxt keçməsinə baxmayaraq, TƏBİB-dən bir səs-səmir yoxdur, mətbuat katiblərinə də zəng çatmır.

İnsanları vaksinasiyaya səsləyib onlara bunun üçün normal şərait qura bilməyən bu üç qurumun bir suala cavab verə bilməməsi və ya cavabdan yayınması, əslində, hər şeyi aydınlaşdırır. Bu, parçalanmış səhiyyə strukturları arasında səlahiyyət mövzusundakı anlaşmazlıqların bariz nümunəsidir.

Ancaq dəyişməyən bir şey var:  Yenə də əziyyət çəkən vətəndaşdır.

Aqil Bəkir

www.yenicag.az

1178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv