UEFA Azərbaycanın 7 klubuna ödəniş etdi

media-hightechnic-468x90

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”dan başqa hər bir kluba 56 794,43 məbləğində ödəniş olunub.

Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa