UEFA Konfrans Liqası: Pley-offun cütləri bu gün müəyyənləşəcək

media-hightechnic-468x90

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Yenicag.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olacaqlar.

Səpələnmişlər: “Budyo-Qlimt” (Norveç), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ferentsvaroş” (Macarıstan), “Ayntraxt” (Almaniya), Gent (Belçika), “Legiya” (Polşa), “Ludoqorets” (Bolqarıstan), “Slovan” (Slovakiya).

Səpələnməmişlər: “Ayaks” (Niderland), “Makkabi” (Hayfa, İsrail), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Servett” (İsveçrə), “Şturm” (Avstriya), “Union” (Belçika).

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa