“Avropa dövlətləri gözəl bilir ki, Ukraynanın dağılması Avropanın özünə bir təhlükədir”.
Bu fikri Rusiya-Ukrayna müharibəsinin gedişi, danışıqlar prosesi və Avropanın atmalı olduğu addımları Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ukrayna öz torpaqlarını Rusiyaya verməyəcək:
“ABŞ və Rusiyanın danışıqlar prosesi üçün tələbləri var, ancaq Ukrayna bu tələbləri yerinə yetirməyəcək. Zelenski açıq şəkildə dedi ki, mübarizə aparacağıq. Ola bilsin ki, dondurma, atəşkəs olsun, ancaq Ukrayna öz torpaqlarını Rusiyaya verməyəcək. Krım məsələsinə Ukrayna baxa bilər, lakin digər ərazilər barədə heç bir güzəşt olmayacaq”.
Hərbi ekspertin fikrincə, Tramp yeni dünya nizamının olması ilə bağlı dəfələrlə çıxış edib:
“ABŞ Ukraynaya yardım edə bilməsə də, üçüncü əl vasitəsi ilə Ukraynaya yardım edəcək. Avropa dövlətləri gözəl bilir ki, Ukraynanın dağılması Avropanın özünə bir təhlükədir. Təsadüfi deyil ki, Fransa, Böyük Britaniya bəyan etdi ki, yardımı dayandırmayacaqlar. Ukrayna atəşkəsə gedə bilər. ABŞ, Avropa ölkələri zamanında nüvə silahlarının Ukraynadan Rusiyaya verilməsində qarant olublar. Ukrayna da şərt kimi onların qarşısına qoyub ki, sizə görə nüvə silahlarından imtina etdim. Zelenski bunları Avropa dövlətlərinə çatdırdı. Hesab edirəm ki, Ukrayna Rusiyanın tələblərini yerinə yetirməyəcək”.
Səxavət Məmməd
www.yenicag.az