Ukrayna və Finlandiya təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.
Sənədi Kiyevdə Zelenski və Finlandiya prezidenti Aleksandr Stubb imzalayıblar.
Buna uyğun olaraq, ölkələr siyasi, humanitar və digər sahələrdə əməkdaşlığı gücləndirəcək. Bundan əlavə, Kiyev öz tərəfdaşının hərbi və maliyyə yardımına arxalana biləcək.
Zelenski Telegram kanalında yazıb: “Finlandiya Ukraynaya kömək edəcək”.
Onun sözlərinə görə, bu yardıma Ukraynanın enerji sektorunun yenidən qurulması, ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin və mühüm infrastrukturun gücləndirilməsi və Ukrayna hərbçilərinin müalicəsi daxildir.
www.yenicag.az