Ukrayna ordusu Slavyanskda qanlı döyüşlər aparır-Video

media-hightechnic-468x90

rrrrrrDonetsk vilayətinin Slavyansk şəhərində gərgin döyüşlər gedir.

Şəhər ətrafındakı blok-postlar atəşə tutulub.

Şahidlərin sosial şəbəkələrdə yazdıqları məlumata görə, artıq Slavyanska hücum başlayıb, şəhərin rabitə əlaqəsi kəsilib.

Yerli əhali bildirir ki, evlər Stalinqraddakı kimi qalalara çevrilib və sona qədər döyüşəcəklər.

“Donbass özünümüdafiə qüvvələri”nin işğal etdiyi Slavyansk şəhərinə Ukrayna ordusunun hərbi texnikası yeridilib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Slavyanskda gərginlik artır. Şəhər səmasında uçan helikopterlər hərbçilərin hərəkətinə nəzarət edir. Şahidlər bildiriblər ki, Ukrayna ordusuna məxsus zirehli hərbi texnika bir neçə istiqamətdən şəhərə doğru hərəkət edir” deyə məlumatda bildirilir.

Ukrayna Daxili İşlər Nazirliyi və ordusunun birgə həyata keçirdiyi əməliyyat zamanı separatçıların Slavyanskda qurduqları 3 blok-post zərərsizləşdirilib.

Nəticədə 5 separatçı məhv edilib. Ukrayna ordusunun 1 hərbçisi isə yaralanıb(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600