!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna PARÇALANIR: “Onlar müharibənin davam etməsini istəyirlər”

!Reklam – Yazi

“Ukrayna Rusiya ilə ABŞ arasında bölünür”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin gedişi, ABŞ və Rusiyanın maraqlarını Yenicag.az-a dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Rusiyanın hazırda bütün istiqamətlər üzrə hücuma keçməsi təbii haldır:

“İddialar var ki, Rusiya harada dayanacaqsa, həmin ərazilər Rusiya ərazisi kimi qəbul olunacaq. Digər səbəb isə Trampla Rusiya arasındakı danışıqlarda Ukraynanın nə qədər ərazisinin Rusiyaya qalacağı razılaşdırılıb. Ukraynanın Xarkov və Odessa şəhərlərini ruslar özününkü sayır. Bu hansısa politoloqların dilindən yox, Rusiya rəsmilərinin dilindən səsləndirilib. Digər tərəfdən, Rusiyanın marağındadır ki, Ukraynanın Qara dənizə çıxışı bağlansın. Trampla ola bilsin, bunlar müzakirə olunub. ABŞ Ukraynaya deyir ki, sizi peykdən ayıracağıq. Bunlar hamısı onun üçündür ki, Ukrayna zəifləsin, Rusiya razılaşdırılmış hədlərə çıxa bilsin. Tramp indi durub deyə bilməz ki, hansısa ərazilər Rusiyaya verilir. Ukrayna Rusiya ilə ABŞ arasında bölünür. Biz bunu Rusiyanın hərəkətlərindən, ABŞ-nin Zelenskiyə təzyiqindən görəcəyik”.

Polkovnikin fikrincə, təbii sərvətlər haqqında çoxlu söhbətlər gedir:

“Məntiqi sual çıxır ki, 30 ildən yuxarıdır Ukrayna müstəqildir, bu müddətdə, əgər həmin ərazilər təbii sərvətlərlə zəngin idisə, niyə orada ciddi işlər görülmürdü? Bu təbii sərvətlərin nə qədər ciddiliyi sual altındadır. Ola bilsin, ABŞ öz mövcudluğunu orda saxlamaq üçün bu məsələləri ortaya atıb. Yaxud ola bilsin ki, Rusiya ilə Tramp məsələni bu şəkildə qoyur. Bəlkə də zaman keçəcək, ABŞ Rusiyanın Qərbdə olan pullarını alacaq və Ukraynanı tam şəkildə Rusiyaya verəcək”.

“Məsələ ondadır ki, Avropa da Ukraynaya pul ayırıb. Zelenski çıxıb təsdiqləyəcəkmi, Avropa ölkələri nə qədər pul ayırıb? Yoxsa onu da ABŞ-nin ayırdığı pulları 100 milyarda endirdiyi kimi endirəcək? Avropa ona görə Ukraynanın parçalanmasını istəmir. Bu müharibənin davam etməsini istəyən Avropada hakimiyyətdə olan şəxslərdir. Onlar Ukraynanı yox, özlərini düşünürlər, çünki hesabatlı cəmiyyətlərdir, cavab verməli olacaqlar. Ona görə də onlar öz əməllərini ört-basdır etmək üçün müharibənin davam etməsini istəyirlər”, – deyə o, sözlərini tamamlayıb.

Səxavət Məmməd

www.yenicag.az

99
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv