Ukrayna səfirliyinin rəsmisi BAMF-da-Fotolar
Ukrayna səfirliyinin İqtisadiyyat departamentinin rəhbəri BAMF-da olub
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi məsələlər üzrə məsləhətçisi cənab Vadim Sidyçenko Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisinə baş çəkərək təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olmuşdur. Fondun sədri cənab Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 20 ildən çox təcrübəyə malik olduğunu bildirmiş və yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu Ukraynalı rəsminin diqqətinə çatdırmışdır.
Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaq Dağlıq Qarabağ münaqişəsi , o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaq , eyni zamanda Bank Olmayan Kredit Təşkilatı „Avrasiya Kredit“-in fəaliyyəti ilə yaxından tanış olub . Sonda tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu . BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi BAMF-ın xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olmuşdur.