Ukraynada Aİ QOŞUNLARI – Kiyevin təhlükəsizliyi üçün YENİ STRATEGİYA

media-hightechnic-468x90

Sülh sazişi əldə olunacağı təqdirdə Avropa qoşunlarının əsas cəbhə xəttində deyil, daha çox arxa mövqelərdə, Ukrayna ordusunun yanında dəstəkçi rolda yerləşdirilməsi ehtimal olunur

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqı qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinin mümkün nəticələrini təhlil edən DW nəşri yazıb.

Təhlil məqaləsində qeyd olunub ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenin Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsi barədə açıqlaması həm Brüsseldə, həm də Avropa paytaxtlarında mübahisələrə səbəb olub. O, sülh razılaşmasından sonrakı təhlükəsizlik zəmanətləri çərçivəsində planların “olduqca dəqiq” olduğunu bildirsə də, bir çox ekspertlər bu iddianı tələsik hesab edir. Almaniyanın müdafiə naziri Boris Pistorius dərhal reaksiya verərək belə məsələlərin əvvəlcə tərəfdaşlarla müzakirə edilməli olduğunu vurğulayıb.

Mütəxəssislər hesab edir ki, fon der Leyenin açıqlaması daha çox siyasi siqnal xarakteri daşıyır. Onun Şərqi Avropada səfər zamanı mövzunu gündəmə gətirməsi, həmin region ölkələrinin Rusiyanın gələcək hücumu ilə bağlı narahatlıqlarını azaltmaq məqsədi güdür. ABŞ-dən gələcək dəstəyin isə əsasən kəşfiyyat və logistika sahələrində olacağı, Ukraynada ABŞ qoşunlarının fiziki mövcudluğunun isə istisna edildiyi qeyd olunur.

Analitiklər bildirirlər ki, sülh sazişi əldə olunacağı təqdirdə Avropa qoşunlarının əsas cəbhə xəttində deyil, daha çox arxa mövqelərdə, Ukrayna ordusunun yanında dəstəkçi rolda yerləşdirilməsi ehtimal olunur. Ursula fon der Leyenin vurğuladığı kimi, Avropa həm də Ukraynaya davamlı maliyyələşdirmə və avadanlıq təmin etmək niyyətindədir. Bu məqsədlə Aİ artıq 150 milyard avroluq maliyyə alətini təsdiqləyib ki, bu vəsait silah tədarükü və birgə istehsal üçün istifadə ediləcək.

Bununla belə, ekspertlər qeyd edirlər ki, “çox dəqiq plan”dan danışmaq hələ tezdir. Hər bir ölkənin milli məhdudiyyətləri, o cümlədən Almaniyada parlamentin təsdiqi zərurəti, prosesi çətinləşdirir. Eyni zamanda, Avropa qoşunlarının Rusiya ilə birbaşa təmasda olma ehtimalı müharibənin daha da genişlənməsi riskini artırır. Buna görə də von der Leyenin açıqlaması daha çox siyasi təzyiq vasitəsi kimi, həm ABŞ-ni, həm də Avropa müttəfiqlərini Ukrayna üçün daha konkret öhdəliklər götürməyə sövq etmək cəhdi kimi qiymətləndirilir.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa