Ukraynada Mariupol qətliamı – 30 ölü, 97 yaralı
Ukraynanın cənubundakı Mariupol şəhərinə rusiyameyilli separatçıların təşkil etdiyi raket hücumundan ölənlərin sayının 30-a çatdığı bildirdi.
Yenicag.az xəbər verir ki, Mariupol Bələdiyyə Məclisi mətbuat katibi Oleg Kalinin verdiyi açıqlamada hücumda ölənlərin sayının 30-a yüksəldiyini, yaralı sayının isə 97 nəfər olduğunu qeyd etdi. Kalinin, ölənlərin ikisinin, yaralıların isə beşinin uşaq olduğunu dilə gətirdi.
Digər tərəfdən, “Novosti” agentliyinə xəbərinə görə, şərqdəki separatçıları tərəfindən separatçı “Donetsk Xalq Respublikası”nın “prezidenti” Aleksandr Zaxarçenko, Donetskdəki avtobus dayanacağında ölənlərin xatirəsinə təşkil edilən mərasimdə, Mariupola hücum etdiklərini təsdiqlədi.