Ukraynada mədənçilər ayağa qalxdı

media-hightechnic-468x90

93770Ukraynada əməkhaqları ödənilməyən mindən çox mədənçi prezident administrasiyası qarşısına toplaşıb.

Yenicag.az qafqazinfo-ya  istinadən xəbər verir ki, ölkənin hər yerindən paytaxta axın edən mədənçilər Kievin mərkəzi küçələrində nəqliyyatın hərəkətini iflic edəcəklərini bəyan ediblər. Parlament binasına doğru irəliləyən fəhlələr deputatların diqqətini mədənçilərin sosial problemlərinə çəkmək niyyətindədirlər.

Ukraynanın bütün kömür müəssisələrinin işçilərini ayağa qaldıran əsas səbəb isə parlamentin mədənləri bağlamaqla bağlı qərarıdır. Qeyd edək ki, daha əvvəl baş nazir Arseniy Yaçenyuk açıqlama verərək bütün perspektivli mədənlərin Donbassda qaldığını bildirmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa