!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada nüvə silahını aktuallaşdıran GEDİŞAT: “NATO Rusiyaya qarşı açıq müharibəyə başlasa...”

!Reklam – Yazi

“Ukrayna cəbhəsində baş verənlər artıq Rusiya-NATO müharibəsi anlamına gəlir”.

Bu sözləri Polşa xarici işlər nazirinin NATO qüvvələrinin Ukraynada mövcud olduğunu bəyan etməsi və belə bir şəraitdə müharibənin mümkün gedişatını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiyanın “xüsusi hərbi əməliyyat” adı altında Ukraynaya hərbi təcavüzü böyük bir müharibəyə çevrilib:

“Ruslar Ukraynaya hücuma “xüsusi əməliyyat” adı ilə başlamışdılar. Ancaq 2014-cü ildən etibarən, NATO təlimatçıalrı Ukraynadadır. Onlar xüsusilə, Lvov poliqonunda xüsusi təlimlər keçirdilər. Rusiyanın “xüsusi hərbi əməliyyat” adı altında Ukraynaya hərbi təcavüzü böyük bir müharibəyə çevrilib.

İkinci Dünya müharibəsindən sonra Ukraynada baş verənləri miqyasına görə ən böyük müharibə saymaq olar. Bir ay bundan öncə Fransa prezidenti Makron Ukraynaya qoşun göndərəcəyini bildirmişdi və bəzi dövlətlər də ona dəstək vermişdi. Ancaq sonradan Fransanın müdafiə naziri açıqlama verdi ki, Makronu düzgün başa düşməmisiniz.

Dünən isə Polşanın xarici işlər naziri bildirdi ki, NATO-nun Ukraynada qüvvələri var. O qeyd etdi ki, oradakı qüvvələrin hansı ölkəyə aid olmasını açıqlamayacaq. NATO qüvvələri onsuz da Ukraynada vardı, sadəcə onları açığa çıxarmırdılar. Hesab edirəm ki, Polşanın bunu bəyan etməsi Avropa və ABŞ-ın Rusiyaya qəti mesajı idi.

Ruslar bir neçə dəfə Avropa ölkələri hərbçilərinin Ukraynada döyüşdüklərini sübut etmişdilər. Zaxarova da açıqlama verdi ki, onlar bu faktı gizlədə bilməzdilər. Yəni Polşa xarici işlər nazirinin bu bəyanatı ruslar üçün təəccüblü olmadı. Müharibə ağır fazaya keçir və daha mürəkkəb forma alır. Ukrayna bəzi ərazilərdə müdafiə xəttini möhkəmlədir. Dünən gecə rusların müxtəlif istiqamətlərdən 32 hücumu qeydə alınıb və onlar dəf edilib.

Böyük Britaniyanın baş naziri açıqlama verib ki, Ukraynanı qanadlı raketlərlə təmin edəcəklər. Bundan əvvəl Almaniyadan da analoji açıqlama verilmişdi. Bu çox ciddi bir mesajdır. Ukrayna cəbhəsində baş verənlər artıq Rusiya-NATO müharibəsi anlamına gəlir. Güman edirəm ki, müharibə daha geniş miqyas ala bilər.

Polşa xarici işlər naziri Ukraynaya hərbçi göndərən ölkələrin adını ona görə çəkmir ki, ruslar həmin dövlətlərə zərbə endirə bilər. Putin və Medvedevin nüvə silahından istifadə edə biləcəklərini bəyan etmələri elə-belə mesaj deyil. Proqnozum budur ki, NATO Rusiyaya qarşı açıq müharibəyə başlasa, ruslar nüvə silahına əl atacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv