Ukraynada ölkə boyu hava döyüşü: Azərbaycanlılar yaralandılar - VİDEO

media-hightechnic-468x90

Ukraynada müharibə davam edir.

Yenicag xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynada bütün ölkə boyu hava həyəcanı siqnalı verilib.

“Ardınca Rusiyanın Ukraynaya növbəti genişmiqyaslı hava hücumu qeydə alınıb. Budəfəki hücum zamanı təkcə dronlardan və Xəzər dənizindən buraxılan raketlərdən deyil, Rusiyanın Murmansk vilayətindən qalxan bombardmançı təyyarələrdən də istifadə edilib”, – deyə jurnalist qeyd edib.
Məlumata görə, Kiyev vilayətində heç bir partlayış qeydə alınmayıb, bütün hücumların qarşısı alınıb.

“Digər vilayətlərdə isə hava hücumunun fəsadları olub. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində yaşayış kompleksi dağıdılıb. Nəticədə 25 nəfər yaralanıb. Onların arasında azərbaycanlı Azər Seyidov və onun ailəsi də var”, – deyə M.Aslanov əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600