!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada silsilə İSTEFALAR dalğası – Bunu hansı dövlət idarə edir?

!Reklam – Yazi

 

“Ukrayna müharibəsinin artıq 3-cü ili yaxınlaşır və baş verən hadisələr getdikcə daha çox gərginlik fonunda davam edir. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin 5 illik hakimiyyət müddəti artıq başa çatıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib.

Politoloq Ukrayna siyasi hakimiyyətində başlayan silsilə istefa dalğasının pərdəarxası məqamlarına toxunub.

A. Qasımov hesab edir ki, Ukraynadakı silsilə istefa dalğası ABŞ tərəfindən təşkil olunub:

“Çünki onların artıq legitimliyi yoxdur deyə, bu hadisələr baş verir. Ona görə ki, həmin şəxslər müharibənin ən gərgin dövründə öz vəzifələrini müəyyən mənada yerinə yetirsələr də, ola bilər ki, onlarda müharibənin gedişatı ilə bağlı yorğunluq olsun və buna görə istefa versinlər”.

Ekspertin fikrincə, ABŞ bu məsələdə, böyük ehtimalla, müəyyən rol oynayır:

“Vaşinqton ya Volodimir Zelenskinin ətrafını təmizləyərək ondan qurtulmağa cəhd edir, ya da ki, ola bilsin, prezidentin yan-yörəsinə daha güclü fiqurlar cəlb edərək onun ətrafını gücləndirir. Ona görə ki, bu gün Ukrayna hərbi-siyasi elitası üzvlərinin bir çoxunda korrupsiya, Rusiyaya casusluq kimi faktlar və söyləntilər mövcud idi”.

Onun qənaətinə görə, bu addım ABŞ-nin hansısa şəkildə Ukrayna hakimiyyətini gücləndirmək planlarına daxil ola da bilər:

“Lakin bilirik ki, Rusiya-Ukrayna müharibəsi uzandıqca, Zelenskinin hakimiyyətinin legitimliyi gec-tez öz sözünü deməlidir. Çünki onun prezidentlik müddəti bitsə də, konstitusiyaya görə, məhdud şəkildə hazırda davam edir. Bu da onun ətrafındakıların fəaliyyətini yenidən gündəmə gətirir.

Mənə elə gəlir ki, Zelenski özü komandası ilə işləməyi daha məqsədəuyğun sayardı, lakin ola bilsin, ABŞ müharibənin bitirilməsi və yaxud onun Rusiyaya qarşı fəaliyyətə keçirilməsi ilə əlaqəli prezidentin ətrafında müəyyən dəyişikliklər etməklə bu işləri görsün. Yəni Zelenskinin ətrafı zəiflədilsə də, gücləndirilsə də, burada ABŞ-nin mütləq təsiri mövcuddur. Çünki bu gün Ukraynanın daxili siyasətini ABŞ idarə edir”.

Xatırladaq ki, Ukraynanın XİN rəhbəri Dmitro Kulebanın istefasından sonra Ukraynanın strateji istiqamətlər naziri Aleksandr Kamişin, ədliyyə naziri Denis Malyuska, Ekologiya naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval, Ukrayna baş nazirinin müavini, ölkənin reinteqrasiya naziri İrina Vereşçuk da istefalarını Ali Radaya təqdim ediblər.

Öz növbəsində, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Ukrayna Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurmun da istefa verəcəyini açıqlayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv