Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ukraynadakı səfirliyimiz vəsaiti düzgün xərcləməyib

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Palatadan Yenicag.az-a verilən məlumata görə, kollegiya iclasında “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əldə olunmuş nəticələr baxımından təhlili və 2015-2017-ci illər üzrə qiymətləndirilməsi” mövzusunda təhlilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib.

Kollegiyada, həmçinin dövlət büdcəsindən Azərbaycanın Ukraynadakı Səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

Eyni zamanda, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin cari məsələlərə baxılıb.

www.yenicag.az

1473
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100