!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan Avropaya XƏBƏRDARLIQ: “Yardımların azaldılması tək bizə deyil, sizə də...”

!Reklam – Yazi

Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna Avropadan maliyyə-iqtisadi yardımların azaldılmamasını istəyir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Avropanın Ukraynaya yardımları azaltmasının doğuracağı neqativ hallar barəsində danışan Ukraynanın maliyyə naziri Sergey Marçenko “Politico” nəşrinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, hazırda Ukrayna büdcəsinin bütün gəlirləri ölkənin müdafiəsinin təmin olunmasına yönəldilir:

“Avopa İttifaqı ölkələri və digər dövlətlərin Ukraynaya maliyyə yardımlarını gələn ilə də sabit saxlamaları bizim üçün həyati əhəmiyyət daşıyır.

Əgər bizim büdcə kəsirlərini bağlamağımız üçün yetərincə imkanlarımız olmasa, bu tək Ukrayna deyil, o cümlədən, Avropa üçün də neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq.

O halda ərzaq məhsulları ilə enerji daşıyıcılarının qiyməti artacaq, yoxsulluq səviyyəsini yüksələcək və Avropaya getmək məcburiyyətində qalan Ukrayna vətəndaşlarının sayı çoxalacaq”.

COP29

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv